Softmagical
Back end proqramlaşdırma nədir?

Back end proqramlaşdırma nədir?

Gün ərzində Google, Facebook, yerli saytlar kimi bir çox veb saytdan istifadə edirik. Daxil olduğumuz hər veb sayt fərqli görüntüyə, fərqli funksiyalara malik olur. Bəs heç düşünmüsünüzmü, bu saytlar necə hazırlanır?

Veb saytları hazırlamaq üçün veb proqramlaşdırma texnologiyalarından istifadə olunur. Bu texnologiyalara nümunə olaraq Html, Css, Javascript, Php, Mysql texnologiyalarını göstərmək olar.

15 il öncəyə getsək, veb saytları hazırlamaq üçün sadəcə bir veb proqramçı tələb olunardı. Hazırlanan saytlar çox da mürəkkəb olmurdu, dizaynları və funksionallığı sadə olduğu üçün bir proqramçı həm saytın görüntüsünü, həm funksionallığını hazırlaya bilirdi. Ancaq illər keçdikcə texnologiya şirkətləri çox böyüdü və sistemləri daha sürətli, daha gözəl olsun deyə yeni texnologiyalar yaratdılar. Bu texnologiyalarla veb saytlar daha sürətli, daha gözəl hala gəlir. Bu texnologiyalara misal olaraq, ReactJs, AngularJs və s. texnologiyaları misal gətirmək olar. Texnologiyalar çoxaldıqca, veb saytlar qəlizləşdikcə artıq bir nəfər üçün veb saytı tam hazırlamaq çətin hala gəldi. Çünki bir nəfər həm fiziki olaraq işləri çatdıra bilməzdi, həm də lazım olan texnologiyaları mükəmməl öyrənə bilməzdi. Yəni, bir nəfərin həm Javascript, həm ReactJs, həm də Php dillərini mükəmməl bilməsi çətin hala gəlirdi. Burada artıq məşhur bir prinsip işə düşür: "Böl və idarə et". Saytın görüntü hissəsini ayrı proqramçılar, funksionallıqlarını ayrı proqramçılar hazırlasa daha peşəkar işlər ortaya çıxardı. Saytın görüntü hissəsini hazırlayan proqramçılar front end developer, funksionallıqlarını hazırlayan proqramçılar isə back end developer adlandırılır.

Back end proqramlaşdırma hissəsində saytın arxa planı hazırlanır. Yəni, əsas funksiyalar back end proqramlaşdırma hissəsində hazırlanır. Məsələn, istifadəçi düyməyə basır və saytda qeydiyyatdan keçir. Qeydiyyatdan keçmə prosesi back end proqramlaşdırma hissəsində aparılır.

Məşhur back end proqramlaşdırma texnologiyalarından biri Php ilidir. Dünyadakı saytların çoxu php ilə hazırlanıb. Ölkəmizdə və dünyada bir çox şirkətdə php developer vakansiyaları mövcuddur.

Digər back end proqramlaşdırma texnologiyalarından biri Java dilidir. Java dili daha çox banklarda istifadə olunmaqdadır.

Back end proqramlaşdırma dilləri ilə birlikdə verilənlər bazasından da istifadə olunur. Məlumatlar verilənlər bazasında saxlanılır. Bu baza sistemlərinə misal olaraq Mysql, Oracle və s. göstərmək olar.

Kurslarımız

Şükür Hüseynov

Front end kursları

Şükür Hüseynov

Back end kursları

Şükür Hüseynov

Sql kursları

Şükür Hüseynov

Excel kursları