Softmagical
Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri saytların, oyunların, proqramların hazırlanması məqsədilə istifadə edilir. Komputer adi dili başa düşmür. Bu səbəbdən də xüsusi formada olan proqramlaşdırma dillərinə ehtiyac duyulur. Proqramlaşdırma dilləri ilə yaradacağımız komputer proqramları bizim istədiyimiz formada işləyir.

Proqramlaşdırma dilləri hansılardır?

Proqramlaşdırma dillərinə misal olaraq C/C++, Assembly, Java, C#, Php, Python kimi dilləri göstərmək olar. Bu dillər vasitəsilə saytlar, oyunlar, proqramlar, mobil tətbiqlər hazırlanır. Bu dillərdən ən qədimi və ən çətini Assembly dilidir. Nisbətən çətini C/C++, Java, C# dilləridir. Python isə nisbətən daha asan səviyyəlidir.

C/C++ proqramlaşdırma dilləri arasında ən məşhur dillərdən biridir. Bu dil vasitəsilə Photoshop kimi məşhur proqramlar hazırlanmışır. Bu dil sistem proqramlaşdırmasında, cihazların proqramlaşdırılmasında və oyunların hazırlanmasında da istifadə olunur.

İlk olaraq C dili hazırlanmışdır. Sonradan C dili inkişaf etdirilmişdir və C++ dili hazırlanmışdır. C dili nisbətən daha asandır. Buna görə öyrənməyə C dilindən başlamaq daha yaxşı olar. C++ dilində iki ədəd "+" işarəsinin olma səbəbi, C dilində ədədi bir vahid artırmaq üçün iki ədəd "+" işarəsi qoyulmasıdır.

Məşhur proqramlaşdırma dillərindən biri də Java dilidir. Java dili xüsusən bank sektorunda çox istifadə olunmaqdadır. Azərbaycanda və dünyada Java dilinə böyük tələbat vardır.

C# dili çox istifadə olunan dillərdən biridir. Sintaksisi Java dilinin sintaksisinə bənzərdir. Azərbaycanda və dünyada bir çox sahələrdə istifadə olunmaqdadır. Bu dil Microsoft şirkəti tərəfindən yaradılmışdır.

Python dili də dünyada çox istifadə olunan dillərdən biridir. Python digər proqramlaşdırma dillərinə nisbətən çox asan sintaksisə malikdir. Pythonda bir çox hazır kitabxanalar mövcuddur. Buna görə də bir çox layihələri rahat şəkildə hazırlamaq mümkündür. Python dili süni intellekt sahəsində, veb proqramlaşdırmada və bir çox sahələrdə istifadə olunmaqdadır.

Php proqramlaşdırma dili veb saytların hazırlanmasında istifadə olunur. Bu dil veb saytların hazırlanması üçün nəzərdə tutulmuşdur. Php rahat sintaksisə malik bir dildir. C/C++ bilənlər php dilini çox asan şəkildə öyrənə bilər.

Php dilinin daxilində verilənlər bazası ilə işləmək üçün hazır funksiyalar mövcuddur. Dünyadakı veb saytların çoxu Php dili istifadə edilərək hazırlanmışdır. Azərbaycanda və dünyada php dili bir çox şirkətlərdə istifadə olunmaqdadır.

Kotlin proqramlaşdırma dili 2011-ci ildə JetBrains tərəfindən hazırlanmışdır. Bu dil yuxarıdakı dillərə nisbətən daha gənc dildir. Kotlin dili xüsusən android proqramlaşdırmada istifadə olunmaqdadır.

Matlab proqramlaşdırma dili xüsusən elmi araşdırmalarda, riyazi hesablama tələb edən yerlərdə istifadə olunan proqramlaşdırma dilidir. Bu dil vasitəsilə qəliz riyazi hesablamaları aparmaq mümkündür. Matlabla hətta integral, törəmə, matris hesablamalarını aparmaq mümkündür.

Sql dili sorğu dilidir. Oracle, Mysql, Access kimi verilənlər bazası idarəetmə sistemlərində istifadə olunur. Dilin məqsədi verilənlər bazası daxilində sorğular yaratmaq, bazadakı məlumatlarla rahat şəkildə işləyə bilməkdir.

Pl/Sql proqramlaşdırma dili Oracle daxilində istifadə olunan proqramlaşdırma dilidir. Bu dil də Oracle verilənlər bazası idarəetmə sistemində istifadə olunur. Sql dilinin funksiyaları məhdud olduğu üçün bir sıra əməliyyatları Sql ilə yerinə yetirmək olmur. Pl/Sql daha geniş proqramlaşdırma imkanları təqdim edərək verilənlər bazasında daha mürəkkəb əməliyyatlar aparmağa imkan verir.

Html və Css proqramlaşdırma dili sayılmasa da, kodlaşdırma dilləri olduğu üçün onlar haqqında da məlumat verək. Html və Css ilə vebsaytın dizaynı hazırlanır. Saytın görünüşünün necə olacağı, rənglər, struktur, görünüş html və css ilə hazırlanır. Html və Css front end texnologiyalarıdır.

Javascript dili də proqramlaşdırma dilləri arasında yer alır. Javascript dili front end texnologiyaları arasında yer alır. Bu dil vasitəsilə veb saytlar daha dinamik hala gətirilir, daha mürəkkəb əməliyyatlar aparılır. Javascript vasitəsilə oyunlar da hazırlana bilir. Veb əsaslı oyunlar Javascript istifadə olunaraq hazırlanır. Köməkçi texnologiyalarla Javascriptlə mobil tətbiqlər və proqramlar da hazırlana bilir.

Kurslarımız

Şükür Hüseynov

Front end kursları

Şükür Hüseynov

Back end kursları

Şükür Hüseynov

Sql kursları

Şükür Hüseynov

Excel kursları