Softmagical
Proqramlaşdırma nədir?

Proqramlaşdırma nədir?

Proqramlaşdırma dünyanın 8-ci möcüzəsi sayıla bilər. Proqramlaşdırma ilə qarşınızda sərhədsiz bir dünya açılır. Proqramlaşdırma vasitəsilə proqramlar, saytlar, mobil tətbiqlər, oyunlar, hətta robotlar hazırlaya bilərsiniz. Sadaladıqlarımızın hamısı proqramlaşdırma dilləri ilə hazırlanır. Proqramlaşdırma dilləri ilə kodlar yazaraq proqramlar hazırlaya bilirik.

Proqramlaşdırma dilləri hansılardır?

Proqramlaşdırma dilləri arasında C/C++, Java, C#, Delphi kimi dillər yer alır. Bu dillər vasitəsilə proqramlar, saytlar, mobil tətbiqlər hazırlanır. Proqramlaşdırma dillərinin bəziləri asan, bəziləri daha çətin olur. Bəzi proqramlaşdırma dilləri daha sürətli, bəzi proqramlaşdırma dilləri isə daha yavaş olur. İlk proqramlaşdırma dillərindən biri Assembly dili idi. Nasanın Apollo 11-nin kodları belə Assemblydə yazılmışdı. Bir neçə il öncə həmin kodlar internet üzərində paylaşılmışdı. Assemblydə kod yazmaq kifayət qədər çətindir. Assembly dili əsasən sistem proqramlaşdırmasında, virusların, driverlərin, qurğuların hazırlanmasında istifadə olunmaqdadır. Assemblydə kod yazmaq çox çətin olduğu üçün zamanla C/C++, Pascal kimi daha asan sintaksisə malik dillər yaradılmışdır. Bu dillərdə kod yazmaq Assembly dilinə nisbətən qat-qat asandır.

Stolüstü proqramlaşdırma - desktop proqramlar

İş sahələrində Word, Excel, Photoshop kimi proqramlardan istifadə olunur. Bunlar stolüstü proqram, ingiliscə “Desktop Application” adlandırılır. Bu proqramlar Adobe, Microsoft kimi böyük şirkətlər tərəfindən hazırlanır. Bu proqramların hazırlanmasında C/C++ kimi dillərdən istifadə olunur. C/C++ dili sürətli dil olduğu üçün bir çox məşhur proqramın hazırlanmasında istifadə olunmaqdadır. Ancaq Java, C# kimi dillərlə də bir çox proqramlar hazırlanmışdır. Azərbaycanda da bir sıra kiçik proqram təminatları hazırlanır. Bu proqramlar mağazalarda, satış sahələrində istifadə olunmaqdadır.

Veb proqramlaşdırma

Veb proqramlaşdırma saytların hazırlanması üçün nəzərdə tutulur. Saytları brauzer üzərində işləyən proqramlar kimi təsəvvür edə bilərik. Saytlara nümunə olaraq hazırda daxil olduğunuz Softmagical.az saytını, Google, Facebook kimi saytları misal göstərə bilərik. Saytların hazırlanmasında Html, Css, Javascript, Php kimi texnologiyalardan istifadə olunur. Veb proqramlaşdırma front end və back end hissələrinə bölünür. Front end hissəsində saytın görünüş tərəfi, back end hissəsində saytın arxa plan hissəsi hazırlanır. Front end tərəfdə Html, Css, Javascript kimi texnologiyalardan, Back end hissəsində isə Php, Java kimi dillərdən istifadə olunur. Daha ətraflı Front end proqramlaşdırma nədir? və Back end proqramlaşdırma nədir? məqalələrini oxuya bilərsiniz.

Oyun proqramlaşdırması

Oyunların hazırlanması üçün Unity, Godot, Unreal Engine kimi oyun mühərriklərindən istifadə olunur. Oyun mühərrikləri oyunların hazırlanması üçün nəzərdə tutulmuşdur. Oyun mühərrikləri ilə daha asan şəkildə oyunları hazırlamaq mümkündür. Oyun mühərrikləri olmadan oyunların hazırlanması daha çətin olur. Oyun mühərriklərində C/C++, C#, Gdscript kimi dillərdən istifadə olunmaqdadır.

Komputer virusları

Komputer virusları da proqramlaşdırma dilləri ilə hazırlanır. Sadəcə komputer viruslarının məqsədi komputerə ziyan vurmaq, məlumatları oğurlamaqdır. Virusların yaddaşı çox az olmalıdır. Viruslar C/C++ kimi dillərlə hazırlana bilir. Assembly dilində hazırlanmış proqramın ölçüsü daha kiçik olacağı üçün, Assembly dili ilə də virus hazırlana bilir.

Mobil proqramlaşdırma

Mobil proqramlaşdırma mobil tətbiqlərin hazırlanması üçün istifadə olunur. Android tətbiqlərin hazırlanması üçün daha çox Java, Kotlin dillərindən istifadə olunur. Əlavə olaraq C/C++, Python, Delphi kimi dillərlə də mobil tətbiqlər hazırlana bilir.

İos tətbiq hazırlamaq üçün isə daha çox Swift dilindən istifadə olunmaqdadır.

Mobil tətbiqlərin hazırlanmasında istifadə olunan digər bir texnologiya da React Native texnologiyasıdır. Bu texnologiya ilə həm Android, həm də İos üçün mobil tətbiqlər hazırlana bilir.

Kurslarımız

Şükür Hüseynov

Front end kursları

Şükür Hüseynov

Back end kursları

Şükür Hüseynov

Sql kursları

Şükür Hüseynov

Excel kursları