Softmagical
Back end kursları

Back end kursları

Back end kurslarımızda tələbələrə 0-dan veb saytın back end hissəsinin hazırlanmasını öyrədirik. Dərslərimizdə tələbələrə fərdi yanaşılır, mövzular ətraflı şəkildə izah edilir. Dərs müddətində real layihələr hazırlanır ki, tələbələr bununla da həm portfolio yaradır, həm də praktiki şəkildə öyrənmiş olur.

Back end kurslarımızın ilk mərhələsində tələbələrə Php öyrədilir. Php dilinin bütün əsas mövzularını öyrənib Php ilə çox sayda məsələlər həll edirsiniz. Beləliklə, proqramlaşdırma məntiqi güclənməyə başlayır.

Php dilini müəyyən səviyyədə öyrəndikdən sonra Mysql öyrənməyə başlayırsınız. Mysqli müəyyən qədər öyrəndikdən sonra Php ilə Mysqli əlaqələndirməyi öyrənirsiniz. Beləliklə, artıq real saytları hazırlamağa başlayırsınız.

Php və Mysql öyrəndikdən sonra artıq real saytları hazırlayacaq biliklərə sahib olursunuz. Ən azı 1 ədəd real veb sayt hazırlayıb fəaliyyətə verdikdən sonra növbəti mərhələyə keçirsiniz.

Növbəti mərhələdə Obyektyönümlü proqramlaşdırma və günümüzdə çox tələb olunan Laraveli öyrənirsiniz. Laravel ilə 1 ədəd vebsayt hazırladıqdan sonra sertifikat alaraq kursu tamamlamış olursunuz.

Üstünlüklərimiz

  • Fərdi yanaşma

  • Əlavə video dərslər

  • Dərs vəsaitləri

  • Whatsapp üzərindən kömək

  • Real layihələrin hazırlanması

  • Tələbələrə öz saytını yaratması üçün hədiyyə domen və hosting

  • Kursu bitirməyinizə dair sertifikat

  • Əlavə seminarlar

Digər kurslar

Şükür Hüseynov

Front end kursları

Şükür Hüseynov

Sql kursları

Şükür Hüseynov

Excel kursları

    Kurs detalları

  • Dərs formatı Əyani
  • Həftəlik dərs sayı 3 dərs
  • Dərs müddəti 1-1.5 saat
  • Bölmə Azərbaycan