
Exceli yaxşı səviyyədə öyrənib iş həyatınızda istifadə etmək istəyirsinizsə, Excel kursumuza başlayaraq Exceli yaxşı səviyyədə öyrənə bilərsiniz. Excel kursumuzda 0-dan başlayaraq bütün lazımi mövzular öyrədilir.
- İlkin Excel əmrləri
- İlkin və irəli səviyyə funksiyalar
- 100-dən çox excel funksiyası
- Tarix funksiyaları
- Mətn funksiyaları
- Hesablama funksiyaları
- Məntiqi funksiyalar
- Funksiyalarla bol praktiki tapşırıqlar
- Conditional formatting
- Filter, find, replace, search və digər vacib bölmələr
- Hesabatların hazırlanma qaydası
- Cədvəllərlə iş
- Diaqramların hazırlanması
- Alqoritm qurma bacarığınızın formalaşdırılması
- Makroslar
Excel kursları exceli iş həyatına tətbiq etmək istəyən və ya həvəskar şəkildə məşğul olmaq istəyən hər kəs üçündür. Excel kurslari tam 0-dan başlayır. Kurslara başlamaq üçün digər biliklərə ehtiyac yoxdur.
Excel kursları minimum 2 və ya 3 ay müddətində davam edir. İntensiv şəkildə dərs sayını artırıb kurs müddətini azaltmaq mümkündür. Exceli daha dərin öyrənmək istəyənlər üçün kursun müddəti uzadıla bilər.
Çox iş sahələrində excel daxilində proqramlaşdırma tələb olunmur. Bu səbəbdən də excel daxilində proqramlaşdırma istəyə bağlı olaraq ayrıca tədris olunur. Bunun üçün exceldə ilkin düsturları bilmək mütləqdir.
Excel kurslarında ilk olaraq hesablama əməlyyatları öyrədilir. Ən sadə hesablama əməliyyatları toplama, çıxma, vurma, bölmə və faiz əməliyyatlarıdır. Bu əməliyyatlar kifayət qədər sadə olsa da, iş həyatında bir çox işinizi görməyə kömək edir. Məsələn, işçiyə 10 faiz bonus vermək, kreditin faizini tapmaq kimi əməliyyatlarda lazım olur.
Bunlardan sonra sadə düsturlara keçilir. Qeyd edək ki, düsturlarla paralel şəkildə excelin tabları da keçilir. Menyularda yer alan conditional formatting, məlumat formatları, sort, filter, data validation, cədvəllər, pivot table, pivot chart kimi önəmli mövzular ətraflı şəkildə öyrədilir.
İlk olaraq sum, count, average kimi sadə düsturlar öyrədilir. Düsturlara aid bol praktika edilir. Bu düsturlar mənimsənildikdən sonra daha mürəkkəb düsturlara keçilir.
Növbəti olaraq sumif, countif, averageif, sumifs, countifs, averageifs, if, ifs, and, or, iferror, ifna kimi düsturlar öyrədilir. Bu düsturları bilməklə bir çox əməliyyatları rahatlıqla apara, hesabatlarınızı rahatlıqla hazırlaya bilərsiniz. Əlavə olaraq yuvarlaqlaşdırma, kök altı, təsadüfi seçim kimi sadə funksiyalar da öyrədilir.
Növbəti olaraq Vlookup, hlookup, index, match kimi axtarış funksiyaları öyrədilir. Bu funksiyalar məlumatlar arasında axtarış etmək üçün önəmlidir.
Yuxarıdakı funksiyalarla bol praktika etdikdən sonra tarix funksiyalarına keçilir. Bu funksiyalar arasında tarixlər arasındakı fərqin tapılması, iş günlərinin hesablanması və s. funksiyalar yer alır.
Növbəti olaraq yazı funksiyaları keçilir. Yazı funksiyalarına misal olaraq len, left, right və s. funksiyaları göstərmək olar.
Yuxarıdakı mövzuları öyrənməklə siz artıq exceli iş həyatınıza yaxşı şəkildə tətbiq edə və özgüvənlə "Exceli bilirəm" deyə bilərsiniz.
Son olaraq Developer tab bölməsinə giriş edilir. Macroslar və Visual Basicə giriş edilir, ilk sadə kodlar yazılır və kurs yekunlaşır.
İstəyə bağlı olaraq davam edərək Visual Basic də öyrənə bilərsiniz.
Fərdi yanaşma
Əlavə video dərslər
Dərs vəsaitləri
Whatsapp üzərindən kömək
Real layihələrin hazırlanması
Tələbələrə öz saytını yaratması üçün hədiyyə domen və hosting
Kursu bitirməyinizə dair sertifikat
Əlavə seminarlar